-
-
Sifariş üçün
-
Azərbaycan, Bakı, Xətai, Mingəçevir küç.40
Bu dəfə sizin üçün xalçanın digər tərəfini araşdırdıq. Bugün bəlkə də barmaqla sayılacaq qədər xalçasız mənzil var. Hər birimizin həyatında yer alan bu xalçaların bəs bizə mənfi yaxud müsbət təsiri varmı? Xalçanın səhhətimizə yan təsiri ola bilərmi? Gəlin birlikdə öyrənək
Xalçaların insan orqanizminə müsbət təsiri:
Xalça rahatlığı, firavanlığı təmin edir, istiliyi qoruyur, yerimə zamanı addımlamağı rahatlaşdırır, otaqda və diğər yaşayış obyektlərində gözü oxşayaraq, insanın estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayır.
Xalça haqqında bir sıra elmi əsərlərin müəllifləri öz əsərlərində xalçanın insan orqanizminə müsbət təsir göstərdiyini qeyd etmişdir. Təbii boyaqlarla boyanmış, təbii ipliklərlə toxunmuş xalçalar təkcə istilik və ya gözəllik üçün deyil, həm də gözəl müalicə vasitəsidir. Bir çox ölkələrdə bəzi xəstəliklərin müalicəsi və profilaktikası zamanı xalça üzərində gəzməyi məsləhət görürlər. Ayaq altında bir çox sinir ucları yerləşir ki, xalça üzərində ayaqyalın hərəkət etdikcə həmin nöqtələr masaj olunur. Həmçinin qış mövsümündə, xüsusəndə uzun müddət çəkmələrin içərisində havasız şəraitdə qalan, tərləyən ayaqlar üçün bu üsul çox yaxşıdır. Körpə vaxtı uşaq bitkilərdən hazırlanmış boyaqlarla boyanmış, təbii iplilərlə toxunmuş xalçaya ayağını qoyarsa, xalça üzərində iməkləyər, oturar və oynayarsa sağlam böyüyər.
Xalçaların insan orqanizminə mənfi təsiri:
Müasir xalçaların bir çoxunda toxunma zamanı texnoloji proses düzgün aparılmır və insan orqanizminə ziyanlı kimyəvi liflərlə zəngindir. Bu kimyəvi liflər insan orqanizminə öldürücü təsir göstərir. Qan-damar sisteminin zəifləməsinə, nəfəs borularına və s. mənfi təsirini göstərir. Kimyəvi birləşmələrdən hazırlanmış bu liflər güclü tozsoran vasitəsilə təmizlənərkən, naxışların itməsinə gətirib çıxarır. Bu üsulla toxunmuş xalçalar müasir xalçaçılığa mənfi təsir göstərir.
Bir çox sintetik xalçalar toksik hopdurmalara malikdir və güclü elektrikləşmə hiss olunur. Bu xalçalar saxlanan və satılan anbar, yaxud da dükandan lak-boya məhsullarını xatırladan kəskin iy gəlir. Otaq və anbarlarda olan hava kütləsi tam mənada yapışdırıcıdan ayrılan toksik maddələrlə zəhərlənir.
Kəskin qoxusu olan təzə xalça mağazadan evə gətirdikdən sonra onu yataq otağına salmaq olmaz. Belə xalçalar yuxusuzluq, əsəbilik və allergik reaksiyalara səbəb olur. Ona görədə yeni alınmış sintetik xalçaları bir neçə həftəlik nadir hallarda istifadə edilən otaqda və ya bağ evində açılmış vəziyyətdə saxlamaqla zəhərli iylərin müəyyən qədər çəkilməsinə nail olmaq mümkündür. Divardan asılmış və ya da döşəməyə sərilmiş xalça olan otaqda çəkilən siqaret isə ən təhlükəli vəziyyətlərdən biridir. Siqareti otaqda çəkərkən təbii ki, onun tüstüsü və bu tüstü ilə ondan ayrılan zəhərli maddələr otağın içərisinə, əsasən də döşəmədəki və divardakı xalçalara hopur. Həmin otaqda uşaq və yaxud körpə yaşayır, xalçanın üzərində oynayır, iməkləyirsə bu zaman onun həyatı təhlükə ilə üz-üzə qalır.
Qoyun yunu ən təhlükəli allergenlərdən biri olduğundan allergiyalı, astmalı xəstələr və uşaqlar yaşayan otaqda yun xalça və xalça məmulatlarından istifadə etmək olmaz.
Gördüyünüz kimi həyatımızda yer alan xalça bir sadəcə bir yeraltı parça deyil, həm bir sənət əsəri, həm də vacib bir dəyərdir. Buna görə xalçalarınızı yuduzdurarkən də
Sifariş üçün
Email göndər
0 Şərh