Dünyada olan qeyri-adi və maraqlı xalçaları

PAK XALÇA >> MARAQLI

3030

  • 2017-06-24 18:05:56
  • Dünyada olan qeyri-adi və maraqlı xalçaları

    Dünyanın ən qədim xalçası:
    XX əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandanhamını heyrətə salan əşyalar aşkar etdilər. Saqa (skit) boylarına məxsus bu sənət əsərləri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da vardı.[73] Bu 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi.


    Dünyanın ən böyük xalçası
    Xalçaçılıq sahəsində dünyanın ən aparıcı ölkələri xalçaları gözəlliyi, keyfiyyəti ilə yanaşı ölçüsünə görədə qiymətləndirməyə çalışmışlar. Ölçüsünə görə müxtəlif vaxtlarda müxtəlif xalçalar "dünyanın ən böyük xalçası" adını daşımışdıər. Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı, Təbriz xalçaçılıq məktəbinin şah əsəri, məşhur "Ərdəbil xalçası" uzun müddət "dünyanın ən böyük xalçası" adını daşımışdır.
    Müasir dövrdə İran toxuma, xüsusilə də xalçaçılıq sahəsində dünyanın ən aparıcı ölkələrindən biri kimi qəbul edilib. Ona görədə İranda müxtəlif illərdə toxunmuş "dünyanın ən böyük xalçaları" maraq doğurmuşdur. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə dünyada ən böyük məscidlərdən birində dünyanın ən böyük kollektiv namazlıq xalçası döşənib.İranın Xorasan şəhərində 1200 qadın tərəfindən iki ilə toxunan xalçanın sahəsi 6 min kvadratmetr, ağırlığı isə 45 tondur. Xalçanın 8 milyon dollar qiyməti var və eyni vaxtda 9 min mömin bu xalçanın üstündə ibadət edə bilər.
    2001-ci ildə Türkmənistanda toxunulan bir xalça, "Ginnesin Rekordlar Kitabı"na düşmüşdür. Bu xalçanın çəkisi 1 ton 200 kiloqram, sahəsi isə 301 kvadratmetri idi. Bəzi ölkələrdə xalçaların böyüklüyünü rənginə görə fərqləndirirlər. Romada film festivallarının ən əhəmiyyətli ünsürlərindən biri olan qırmızı xalça seremonisi olmuşdur. Film festivalının açılışı üçün salonun girişinə dünyanın ən böyük (1300 kvadrat metrlik) qırmızı xalça sərilmişdir

    Dünyanın ən nazik xalçası
    Türkiyənin İstanbul şəhərində keçirilən Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində dünyanın ən nazik xalçası təqdim edilib. Əldə toxunma xalça Türkiyənin Kocaeli bölgəsinin Hərəkə kəndindən gətirilib. Əl işi "dünyanın ən nazik xalçası" kimi Ginnesin Rekordlar Kitabına düşüb.
    Xalçanı toxuyan Nuray Kıvancın sözlərinə görə, xalçanın hər santimetrinə 1024 ilmə vurulub. Kıvanc onun təkcə ən nazik deyil, həm də ən yüngül xalça olduğunu deyir. Çəkisi 15 qram olan xalçanın toxunmasına gündə 10 saat olmaqla, 5 il vaxt sərf edilib.

    Maraqli xalcalar:
    Qeyri adi, maraqlı, qəribə xalçalar artıq dünyaya "qiymətli əl işi" kimi tanıdılır. İran, Hindistan, Çin, Azərbaycandakı peşəkar toxucular tərəfindən toxunan qeyri adi xalçalar öz qəribə və maraqlı xüsusiyyətləri ilə daha çox fərqlənir. Qiymətləri yüksək olan bu qeyri adi xalçalar adi ipliklərdən hazırlanmış xalçalar kimi muzey və sərgilərdə nümayiş etdirilməklə yanaşı onların bir çoxu hər bir evi öz qeyri adiliyi ilə bəzəyir. Qədim zamanlardan bəri toxunan xalçalar adətən bir üzlü olur. Son zamanlar toxunan xalçaların bəzilərini arxası da üzü kimi xovlu olmaqla öz qeyri adiliyi ilə seçilir. Belə xalçalara ikiüzlü xalça deyilir.
    Afrikada hörümçək torundan xalça hazırlanıb. Dörd il ərzində xalçanı hazırlayan afrikalılar, əsasən hörümçək torundan istifadə edib. Xeyli əmək sərf olunan xalçanın hazırlanmasına 500 min ABŞ dolları həcmində xərc çəkilib. Yüksək sənət əsəri olan bu xalça, hazırda ABŞ-ın "Nyu-York" muzeyində saxlanılır.
    ABŞ-ın Virciniya ştatındakı Riçmond şəhərində Çinin ən məşhur və nüfuzlu rəssamlarından biri sayılan Syuy Bin 50 min siqaretdən pələng dərisinə bənzəyən xalça "toxuyub". Bu unikal əsəri yaratmaqda məqsəd insanları siqaret çəkmək kimi zərərli vərdişdən əl çəkməyə çağırmaqdır. 199,5 kq ağırlığı olan xalça hazırda Virciniya İncəsənət Muzeyində nümayiş olunur.
    Belçikanın paytaxtı Brüsseldə 1971-ci ildən bu günə qədər təşkil edilən "begonia" ("beqoniya") çiçəkləriylə möhtəşəm xalça toxunur. Xalça təxminən 800 min begonya çiçəyindən tək-tək düzməklə şəhərin mərkəzində, məşhur Grand Place meydanında onlarla könüllü tərəfindən toxunur. Çiçəkdən toxunan xalçanın sahəsi 2 min kvadrat metr olur. Çiçəkdən düzəldilən xalça hər il fərqli motivlərlə toxunur.