Xalçaları saxlama qaydaları

PAK XALÇA >> MARAQLI

3470

  • 2017-06-24 18:07:16
  • Xalçaları saxlama qaydaları

    Məişət şəraitində xalçanı yayda yığışdırmaq üçün onu bükmək lazımdır. Heç bir halda xalçanı dördqat qatlamayın. Əks halda xalçanın xovu əzilər və bürüşər. Xalçanı uzun müddətə bükərkən güvəyə qarşı vasitələrdən istifadə etmək lazımdır. Güvə ilə ən geniş yayılmış mübarizə vasitəsi naftalindir. Lakin onun istifadəsi səhiyyə orqanları tərəfindən tövsiyə olunmur. İnsan orqanizmi üçün zərərli olan kanseroqen xassələr aşkar edildiyindən naftalin qadağan olunmuş preparatlar sırasına daxil edilmişdir