XALÇALARA QULLUQ

PAK XALÇA >> MARAQLI

3182

  • 2017-07-05 16:36:57
  • XALÇALARA QULLUQ

    "Pakxalça" xalça yuma şirkətinin sizlərə təklif etdiyi keyfiyyətli və səmərəli təkliflər. 
    Xalçalara qulluq məsələsi onun hazırlanması qədər vacib məsələlərdən biridir. Xalçaların vaxtlı- vaxtında təmizlənməsi onun istifadə müddətini artırır. Xalçalar təmizlənərkən iki əsas qrupa ayrılır: Təbii ipliklərdən hazırlanmış xalçalar, Süni (sintetik) ipliklərdən hazırlanmış xalçalar.
    Əgər bir neçə sadə qaydalara əməl edilsə, təbii ipliklərdən əl ilə toxunmuş xalçalar bir neçə yüz il ömür sürər.

    Xalça yumada son nöqtə: 
    Xalçaların yuyulması illərin təcrübəsinə dayanan peşəkar ustalar tərəfindən həyata keçirilir. Xalçarın yuyulması zamanı orqanik ( bioloji) şampunlardan və yuyucu vasitələrdən istifadə olunur. 1 Servis maşınlarımız ilə təhvil alınan xalçalar ilk növbədə kodlaşdırılır. Xalçaların yuyulma zamanı rənginin qarışmaması, solmaması və dəyişməməsi üçün xalçalar növlərə ayrılır. Yuma prosesinə daxil olmadan öncə xalçanın tozunun alınması üçün toz dolabına qoyulur .Çırpıldıqdan sonra tozu alınmış xalça, yumaya hazır vəziyyətə gətirilir. 2 Yuma prosesində xalçalar bol su ilə isladılaraq yumuşaldılır. Özəl bioloji şampunlarlı, ləkə çıxarıcıları, yumuşaldıcı və dezinfeksiya edici maddələrin qarışımını istifadə edərək tam avtomatik yuma maşınlarına daxil olur. 3 Hər bir ləkə ayrı-ayrılıqda təmizləndikdən sonra, bol su ilə yaxalanır və sonra qurutma aparatına salınır və xalçanın 95% -ə qədər suyu bayıra axıdılaraq sıxılır. 4 Xalçanın təmizliyi yenidən yoxlanıldıqdan sonra qurutma otağına daxil edilir. İsti otaqda 100% qurudulan xalçalar paketləmə bölümünə alınır. Son yoxlamadan sonra ətirlənərək paketlənir və sahibinə çatdırılır. Xalçaların hər biri sığortalıdır...TƏMİZLİK SİZƏ, KEYFİYYƏT İSƏ BİZƏ YARAŞIR.
    Qışda xalçaları qarla təmizləmək daha əlverişlidir. Bunun üçün xalçanın həyətə çıxarılması yaxşı olar. Xalça iki və daha çox adamın köməyi ilə çırpılır. Sonra xalça qalın qarın üstündə üzü yuxarı yerə sərilir, süpürgə ilə süpürülür. Yenidən xalçanın üzərinə qar səpilir və süpügə ilə təmizlənir. Bu xalça təmizə çıxana qədər davam etdirilə bilər. Adətən, xalçaları, xüsusilə də yumşaq tüklü xalçaları xovun əks istiqaməti ilə süpürmək və yaxud təmizləmək olmaz.
    Müasir xalça təmizləmə vasitələri ilə təmizləmə daha asan və sərfəlidir. Xalça və xalı örtükləri indi müasir peşəkar avadanlıqlar vasitəsi ilə yerində, qısa müddət ərzində təmizlənir. Xalçanın təmizliyində ekoloji təmiz və iysiz maddələrdən istifadə olunur. Amma bu vasitələrdən istifadə etmək məsləhət deyildir. Belə vasitələr xalçaların daha tez sıradan çıxmasına kömək edir. Ona görə də bu vasitələr köhnə və ya yeni toxunmuş bütün xalçalara hər zaman tətbiq oluna bilmir. İsti və yaxud qaynar su ilə xalçaların yuyulmasıda düzgün deyildir. Bu zaman xalçalar tez köhnəlir və rəngləri solur. Həmçinin xalçalar yuyulduqdan sonra günəş şüalarının altında yox, kölgədə qurudulmalıdır. Əks halda ipliklərin rəngi solar və keyfiyyəti zəifləyər.
    Təbii yun ipliklərdən toxunmuş xalçaları rütubəti çox olan otaqlarda və zəhərləyici kimyəvi maddələrin saxlandığı və istifadə edildiyi otaqda saxlamaq və sərmək olmaz. Ayaq altına salınmış xalçaları qeyri-bərabər sürtünmələrdən qorumaq üçün 2-3 ildən bir onları dayandığı yerdə 90-180 dərəcə fırlatmaq lazımdır. Bükülü saxlanan yun xalçaları ən azı ildə bir dəfə (yazda olsa daha yaxşı olar) açıq havaya sərmək, büküb götürən zaman içərisinə güvəyə qarşı kimyəvi və yaxud da təbii (yovşan bitkisi) vasitələr qoymaq lazımdır. Bükülmədən öncə çubuqla çırpılmalı, yumuşaq fırça və tozsoranla təmizlənməlidir. Təbii yun xalçalar su "sevmirlər", bu səbəbdən də onları heç bir zaman nəm fırça və ya əsgi ilə simək olmaz. Suyun əvəzində təmiz ağ neftdən istifadə etmək daha məqsədə uyğundur. Ağ neft həmçinin güvəyə, mikrob və viruslara qarşı yaxşı vasitədir. Çıxılmaz vəziyyətdə yuyulmuş, və yaxud da sulu və nəm əsgi ilə silinmiş xalçaları təbii yolla kölgəbasar bir yerdə qurutmaq məsləhətdir.
    Xalçanı yumadan öncə xalçadan çirki, tozu və qırıntıları tozsoranla təmizləmək lazımdır.
    Xalçanı yumaq üçün su təmiz, şəffaf və iysiz olmalıdır. Suda maqnezium, kalsium, dəmir duzları olmamalıdır. Keçmişdə xalçaları yumaq üçün yağış suyundan və ya ərimiş qardan istifadə edirdilər. Yaz leysanlarında ildırımın elektrikindən dolmuş damlalar yüksək keyfiyyətli olur. Bu su xalçaların yuyulması üçün xüsusilə faydalıdır.
    Yuma zamanı ən yaxşısı vasitə gilabı gilindən istifadə etməkdir. Gilabı xalça məmulatları üçün yerli əhalinin qədimdən bəri istifadə etdiyi ən yaxşı təmizləyici vasitədir. Gilabı gili elmdə bentonit gil adı ilə məlumdur.
    Müasir zamanda sintetik xalçalardan istifadə daha əlverişlidir. Onları güvədən qorumaq üçün heç bir tədbir və təmizləmə işinə ehtiyac yoxdur. Yuma və təmizləmə işləri olduqca asanlıqla həyata keçirilir. Bunun üçün sintetik xalçaları yuyan tozsoranla, müxtəlif kimyəvi təmizləyici vasitələrlə, xüsusi xalça şampunları ilə və adi nəm əski, yaxud da cod fırçalarla asanlıqla təmizləmək olar. Müasir sintetik xalçalar dəhliz üçün olduqca yararlıdır. Çünki onları hər gün xüsusi vasitələrlə təmizləmək olduğundan bayırdan ayaqla gətirilən çirklər digər otaqlara keçmir. Sintetik xalçalar kimyəvi təmizləməyə davamlı olduğundan onları ildə bir və ya iki dəfə kimyəvi təmizləmə yolu ilə təmizləmək olar.